11 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Mərkəzi Bank: Azərbaycanın valyuta ehtiyyatları $53.3 mlrd.-a yüksəlib

Son aylarda dünyada koronavirusa yoluxma hallarının artmasına baxmayaraq aparıcı ölkələrdə sərt məhdudiyyətlərin tətbiq olunmaması və iqtisadi stimul tədbirlərinin davam etdirilməsi iqtisadi aktivliyin yüksək olaraq qalmasına şərait yaratmışdır. Beynəlxalq Valyuta Fondu 2021-ci ildə qlobal iqtisadiyyatın 6% artacağını proqnozlaşdırır. Dünya iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəsinə bərpa olunduqca bir sıra ölkələrdə mərkəzi banklar inflyasiya təzyiqlərini nəzərə almaqla pul siyasətini sərtləşdirməkdədirlər. İyulun əvvəlindən indiyədək dünya mərkəzi bankları tərəfindən 29 dəfə əsas faiz dərəcəsinin artırılması haqqında qərar qəbul edilmişdir. Bu dövrdə heç bir mərkəzi bank əsas faiz dərəcəsini azaltmamışdır.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Neftə qlobal tələbin təkliflə müqayisədə daha sürətlə artması qiymətlərin artım meyilinin davam etməsini şərtləndirir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 67 ABŞ dollarını, sentyabrda isə 72 ABŞ dollarını üstələmişdir. Bütövlükdə, cari ilin sonuna qədər qlobal neft bazarında tarazlığın olacağı gözlənilir.

Birinci yarımillikdə tədiyə balansının cari əməliyyatlar hesabında 1.9 mlrd. ABŞ dolları və ya ümumi daxili məhsulun 8%-i səviyyəsində profisit olmuşdur. Əlverişli neft qiymətləri və qeyri-neft ixracının yüksək sürətlə artması ilin sonuna tədiyə balansının profisitli olacağını proqnozlaşdırmağa əsas verir.

VALYUTA EHTİYATLARI ARTIB

Strateji valyuta ehtiyatları 8 ayda 4.8% (2.4 mlrd. ABŞ dolları) artaraq 53.2 mlrd. ABŞ dolları səviyyəsinə yüksəlmişdir. Bu dövrdə Mərkəzi Bankın ehtiyatları 10.6% artaraq 7 mlrd. ABŞ dollarını üstələmişdir. Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondu tərəfindən SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynamışdır.

Profisitli tədiyə balansı valyuta bazarında təklifi və beləliklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Cari ilin ötən dövründə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 85%-də təklif tələbi üstələmişdir.

Profisitli tədiyə balansı valyuta bazarında təklifi və beləliklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Cari ilin ötən dövründə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 85%-də təklif tələbi üstələmişdir.

Son xəbərlər
Oxşar xəbərlər