26 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank “Baku Steel Company” barəsində cərimə protoklu yazıb

Azərbaycanda polad istehsalçısı “Baku Steel Company” MMC Azərbaycan Mərkəzi Bankı tərəfindən cərimələnir.

Bu barədə Banker.az-a məlumat daxil olan mənbələrin qeydlərində bildirilir.

Pərakəndə ticarətlə məşğul olan “Baku Steel Company” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu 13 sentyabr 2021-ci il tarixdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkətlər nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

“Baku Steel Company” MMC 2009-cu ildə yaradılıb, 2021-ci ilin əvvəlinə qədər sahibi Rasim Məmmədov idi. 2013-cü ilin iyununda “Azərboru” ASC-nin səhmlərinin 97.39 faizinin özəlləşdirilməsinə dair keçirilmiş investisiya müsabiqəsinin nəticələrinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi ilə “Baku Steel Company” arasında alqı-satqı müqaviləsi imzalanıb.

Son xəbərlər
Digər xəbərlər