10 C
Baku
Cümə, Dekabr 3, 2021

Mərkəzi Bank, bank sahiblərinə ‘yaşıl işıq’ yandırır – “Bölüşdürə bilərsiniz”

AMB, bank səhmdarları üçün dividentlərin bölüşdürməsi məhdudiyyətini götürür.

Sistem əhəmiyyətli bankların müəyyən olunması üçün müxtəlif kriteryalar (aktivlərinin həcmi, hesablaşmalarda oynadığı rollar)  var və onların əsasında onlar müəyyən olunur. Onların sistem əhəmiyyətliyi, ölkənin maliyyə sistemində onun əhəmiyyətindən irəli gələrək və hər il bu kriteryalar nəzərə alınmaqla onlar müəyyən edilir.

Banker.az xəbər verir ki, bu gün press-konfransda Mərkəzi Bankın Baş direktoru Rəşad Orucov bildirir.

“Azərbaycanda 4 belə sistem əhəmiyyətli bank var. Onların kapital adekvatlığı əmsalı isə digərlərindən adətən daha yüksək olur”.

Sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 1 yanvar 2021-ci il tarixinədək minimum 11 % həddində müəyyən olunub. Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı isə 1 yanvar 2021-ci il tarixinədək 9 %-dən az ola bilməzdir.

R.Orucov deyir ki, artıq pandemiyanın nəticələri əhəmiyyətli şəkildə aradan qaldırtdığını nəzərə alınaraq bank sektorundan bəzi göstəricilər əvvəlki qaydaya qaytarılıb.

AMB, artıq banklara və səhmdarlarına divident ödənilməsi üçün məhdudlaşdırmaları aradan qaldırdığını bildirir.

“Karantin dövrü bağlayarkən Mərkəzi Bank tərəfindən banklara divident ödənişlərinin məhdudlaşdırılması barədə göstəriş vermişdi. Bu da qabaqlayıcı bir tədbir idi ki, bu da aktivlərin pisləşməsi baş verərsə və onların bununla bağlı ehtiyata ayırması xərcləri çoxalardısa bu barədə bankların kapital mövqeyi dayanıqlı olsun. Qazanılmış mənfəət səhmdarlar arasına bölüşdürülməsin. Əksinə, bankların kapitalizasiyasının möhkəmlənməsinə istifadə edilsin. Lakin karantin tədbirlərindən çıxış, iqtisadiyyatın bərpa prosesi, o cümlədən bank sektorunun aktivlərinin keyfiyyəti, mənfəətli illər və kapitalizasiya ilə bağlı əhəmiyyətli təzyiqlər olmaması səbəbindən banklara bu tədbirdən [dividend məhdudiyyəti] çıxış imkanı yaradılıb. Səhmdar və banklara bu imkan yaradılıb ki, əldə etikləri mənfəəti  bölüşdürsünlər” – deyə Mərkəzi Bankın Baş direktoru deyir.

 

Son xəbərlər
Oxşar xəbərlər
X