-3 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank Banklara valyuta risklərinin idarə edilməsi ilə bağlı məktub göndərdi

Ölkədə fəaliyyət göstərən bankların valyuta riskləri arta bilər.

Mərkəzi Bankın müvəkkil banklara göndərdiyi məktubdan belə bir qənaətə gəlmək olar.
AMB-nin banklara göndərdiyi məktubda qeyd edilir ki, bu ilin sonunadək açıq valyuta mövqeyi limitləri tətbiq edilməyəcək. Başqa sözlə, bundan sonra Mərkəzi Bank bankların valyuta risklərini tənzimləməyəcək və onlara nəzarət etməyəcək.

Qeyd edək ki, açıq valyuta mövqeyi hər hansı valyutada tələblərin və öhdəliklərin fərqidir. Məsələn, bankın avroda borcu 10 mln., verdiyi kreditlərin cəmi isə 8 mln.-dur. Yaxud əksinə, borcu 8 mln., verdiyi kreditləri isə 10 mln. Hər iki halda fərq var və bu fərq bankın məzənnə riskidir. Mərkəzi Bank da bu fərqin maksimal həddini, yəni limitini müəyyən edir.

Mərkəzi Bank sözügedən limitləri “Banklar haqqında” Qanunun 34.1 və 34.2.11-ci maddələrinə əsasən müəyyən etməli, banklar da onlara riayət etməlidir. Yəni limitlərin müəyyən edilməsi Mərkəzi Bankın vəzifəsidir.

deba43b03b21

Son xəbərlər
Digər xəbərlər