10 C
Baku
Monday, December 9, 2024

Mərkəzi Bank banklardan daha 60 mln. manat cəlb edib

16 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) hər biri 30 milyon manat həcmində olmaqla 28 gün qısamüddətli (AZ2033024707 dövlət qeydiyyat nömrəli) və 84 gün tədavül müddətli  (AZ2034024706 dövlət qeydiyyat nömrəli ) notlarının notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

28 günlük. Hərracı zamanı 10 investor tərəfindən qiymət intervalı 99.6752 (4.19%) manat və 99.7363  (3.4%) manat olan 18 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 59,017,800 manat olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.7054 (3.8%) manat, orta ölçülmüş qiyməti isə 99.7218 (3.59%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 14.12.2022-ci ildir.

84 günlük. Hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 98.9609 (4.5%) manat və 99.0799 (3.98%) manat olan 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 68,771,500 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.0296 (4.2%) manat, orta ölçülmüş qiyməti isə   99.0629 (4.05%) manat  olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 08.02.2023-cü ildir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.


Mərkəzi bankın notları isə 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır və təyinatına görə Mərkəzi bank tərəfindən pul kütləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur. Buraxılış xüsusiyyətlərinə görə notlar istiqrazlarla eyni kateqoriyaya aid edilir və istiqraz forması olaraq diskontlu istiqraz kimi tədavülə buraxılır. Yəni tədavül müddətinin sonunda emitent tərəfindən investora istiqrazın nominal qiymətlə tam həcmi ödənilir.

Son xəbərlər
Digər xəbərlər