15 C
Baku
Tuesday, April 30, 2024

Mərkəzi Bank: banklardan kənarda olan nağd pullar azalır

Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi son üç ayın minimumuna düşüb. Bu barədə Banker.az Mərkəzi Bankın 1 dekabr 2021-ci il tarixinə olan statistik göstəricilərinə istinadən xəbər verir.

Ölkədə hesabat dövrünə dövriyyədə 12 004.7 milyon (12.01 mlrd) manatlıq nağd pul kütləsi olub. Bu da son bir ayda 1.4% daralma deməkdir.  Qeyd edək ki, ötən ayda 12 177.9 milyon manatlıq dövriyyədə nağd pul kütləsi qeydə alınmışdı, bu da Azərbaycan tarixində rekord göstərici idi.

1 dekabr tarixinə ölkədə 15 487.2 mln. manatlıq pul bazasının 14 279.1 mln. manatı manatda idi.

Bununla belə, dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 77.5% təşkil etməklə, ilin aprel ayından bu tərəfə hələki ən yuxarı səviyyələrdindədir. Lakin, bir faktı da əlavə edək ki, ölkədə nağd pul kütləsinin pul bazasında payı ildən ilə azalır. Məsələn, pandemiyadan əvvəl ölkədə nağd pulun pul bazasındakı payı 83%-lərin üzərinə qədər yüksəlmişdi.

Ölkədə geniş mənada M3 pul kütləsi 33 031.3 milyon manat təşkil edir. Bu da son bir ayda 568.5 mln. manat, yaxud 1.8% artım dinamikasıdır.

BANKDAN KƏNARDA OLAN NAĞD PULLAR AZALIR

Burada 22 743.7 mln. manatı M2 pul aqreqatordu, 10 287.6 mln. manatı isə qeyri-rezidentlərin və dövlət idarəetmə orqanlarının depozitləri daxil olmadan sərt valyutada depozitləri təşkil edib.

Ölkədə M1 pul aqreqatı 19 513.9 mln. manat olmuşdur. M1 pul aqreqatının isə 10 852.4 mln. manatı banklardan kənarda olan nağd vəsaitlər, 8 661.5 mln. manatı isə manatda olan tələbli depozitlərdir. Banklardan kənarda olan nağd pullar 227.6 mln. manat (2.1%), manatda olan tələbli depozitlər isə 349.2 mln. manat (4.2%) azalmışdır.

Azərbaycan Mərkəzi Bankının sahib olduğu M0, М1, М2, М3 pul aqreqatları:

  • М0 = dövriyyədə olan nağd pullar (qəpiklər, banknotlar).
  • М1 = М0 + çeklər, tələb olunanadək əmanət və depozitlər, (həmçinin bank debet kartları), təşkilatların hesablarındakı milli valyuta qalıqları.
  • М2 = М1 + təcili yatırımlar.
  • М3 = М2 + əmanət yatırımları, sertifikat və dövlət istiqrazları.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər