28 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank bankların 6 milyard vəsaitini təhlükə altına atır?

Bu gün müxtəlif saytlarda gedən məlumata əsasən, Mərkəzi Bank nümayəndəsi (adı açıqlanmır) dollar krediti olan şəxslərə bildirmişdirki, məzənnə ilə bağlı problem varsa məhkəməyə müraciət edin.

Bu mesajın bank sektoru üçün hansı faciəvi nəticələrinin olmasını yalnız bank sektoruna məlumdur. Bankların idarə etməsi ilə məşğul olan bir qurumun , bu tipdə mesajın bazara verilməsi çox qəribə bir faktdır. Unutmaq lazım deyildirki, hazırda banların əhalidə 6 milyarda yaxın dollar vəsaiti vardır. Və artıq məzənnə dəyişikliyindən bankların kapitalının 34% dəyərsizləşməsinin dalınca , dollar kreditlərinin çoxunun məhkəməyə getməsi , gecikmədə olan portfellərin hansı fantastik göstəricilərə qədər artması təsəvvür etmək belə çətindir.

Hazırda Banker.az Mərkəzi Bankla əlaqə saxlamağa çalışırki məsələyə aydınlıq gətirilsin, hələki bir nəticə yoxdur.

 Xəbərin davamı olacaqdır.

Banker.az-la əlaqə: [email protected]

Son xəbərlər
Digər xəbərlər