8 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Mərkəzi Bank: bankların bu şirkətlərə verdiyi kreditin 94%-i dollardadır

Azərbaycanda daşınmaz əmlak sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə verilən kreditlər kəskin böyümə yaşayır.

Banker.az xəbər verir ki, 1 oktyabr 2021-ci il tarixinə 275.4 milyon manat bu şirkətlərə (MKT və s.) kreditlər verilib.

Bu da son bir ildə 3.7 dəfə artım deməkdir.

Məlumat üçün bildirək ki, bura bank olmayan kredit təşkilatları istisna olmaqla və vaxtı keçmiş kreditlər daxil olmadan hesablanır.

Azərbaycanda daşınmaz əmlakla məşğul olan bu özəl şirkətlərə verilən kreditlərin böyük hissəsi dollarda (xarici valyutada) təqdim edilir. Məsələn, 2021-ci ilin 1 oktyabr tarixinə, 260.2 milyon manat ekvivalentində xarici valyutada verilib. Bunun da 250.9 milyon manatı uzunmüddətli kreditlərdir.

 

Son xəbərlər
Oxşar xəbərlər
X