21 C
Baku
Monday, July 22, 2024

Mərkəzi Bank bayramöncəsi iclasda hansı qərara gələ bilər?

BANKER.AZ  — Martın 19-da Azərbaycan Mərkəzi Bankının 2020-ci ildə pul siyasətinə həsr olunan ikinci iclası keçirilməklə faiz dəhlizinin parametrlərinə dair qərarlar veriləcək.

Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti qlobal bazarların çalxalanmalar ilə başladığı 2020-ci ilin ilk iclasında ( yanvarın 31-i) faiz dərəcəsinin endirilməsini qərarına gəldi. Bundan öncəki 7 iclasda arda-arda hər birində uçot dərəcəsi azaldılmışdı. 

2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin fevral ayında uçot dərəcəsi 13%ə, aprel ayında 11%-ə, iyul ayında 10%-ə, oktyabr ayında 9,75%-ə endirildi. uçot dərəcəsi 2019-cu ilin fevral ayında 9,25%-ə, mart ayında 9%-ə, aprel ayında 8,75%-ə, iyun ayında isə 8,5%-ə, iyul ayında 8,25%-ə, sentyabr ayında isə 8%-ə, oktyabr ayında 7,75%-ə, dekabr ayında 7,50%-ə, 2020-ci ilin yanvar ayında isə 7.25%-ə salındı.

“İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya tempi azalaraq hədəf diapazonunun aşağı həddinə yaxınlaşmışdır. Dekabrda inflyasiya gözlənildiyindən az olduğundan (0.5%) illik inflyasiya tempi 2.4%-ə enmişdir”, bu, Azərbaycan Mərkəzi Bankının 31 yanvarda verilən son iclasda deyilmişdi.

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirilmişdi ki, bundan sonra da uçot dərəcəsində azaldılmalar olacaqdır.

Lakin, 2019-cu ilin sonundan Çindən başlayıb bütün dünyanı, əsasən də iqtisadi şoklar yaradan və hazırda pandemik sayılan koronavirus artıq sərhədlərdən Azərbaycana da daxil olub. Bu hadisələr fonunda dünya iqtisadiyyatının aktivliyinin bir qədər zəifləməsi enerji bazarına üz tutanların sayının azalmasına gətirib çıxarıb. Təlabatın azalması ilə yanaşı neft bazarının iki əsas oyunçuları Rusiya – Səudiyyə Ərəbistanı arasında yaranan “neft müharibəsi” bazara əlavə diskount neft idxalı təklifləri birjalarda neftin dəyəri 1 gün içində 30% ətrafında ucuzlaşdırmaqla 2016-ci ildəki qiymətə qaytarıb. Bu isə Azərbaycan hökumətin 2020-ci il üzrə dövlət büdcəsində proqnoz etdiyi Brent xam neftinin  1 barel üzrə 55 dollar ortalama dəyərdən  təqribən 20 dollardan daha az olması deməkdir.

Göründüyü kimi, 2019-cu ildəki faiz dəhlizinə dair requlyator – AMB-nin verdiyi ard-arda azalma tendensiyası davamı üçün hazırda bazarda bir o qədər də “münbit” şərait görünmür. Yəni faiz dəhlizi ilə bağlı qərarında azalma addımını atması bir qədər çətin görünür. Hətta artırması da mümkündür.

Hazırda hökumət nümayəndələrinin açıqlamalarında neftin 30 dollar/barel səviyyəsinə iqtisadiyyatımızın bir müddət tab gətirməsini mümkün sayaraq “təhlükəsizlik yastığının” qalın olmasını da işarə edirlər. Lakin, cari durumda Azərbaycanda əhali xarici “iqtisadi şoklara” öncəki illərdən bir qədər çevik reaksiyalar verərək dərhal əllərində milli valyutada olan nağd vəsaitin dəyərsizləşmə riskini göz önünə almaqla banklarda dollar dəyişməyə üz tuturlar. Bu isə milli valyutanı süni olaraq bir qədər təziyiq altında saxlamasına və eləcə də bazarda qiymətlərin artması səbəbləri mümkün edir.

w

Son xəbərlər
Digər xəbərlər