25 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank anti-inflyasiya tədbiri olaraq bazardan 4.5 mlrd. pul yığıb

Azərbaycan Mərkəzi Bankı tərəfindən 2022-ci ildə bazardan 4 milyard 497.25 milyon manat həcmində pul yığıb.

Bu barədə Banker.az Bakı Fond Birjasına istinadla xəbər verir.

Pul yığıb dedikdə, Mərkəzi Bankın dövriyyəyə buraxdığı yeni notlardan gedir.

Bu 2021-ci ildə cəmi 4 milyard 691.22 milyon manat idi.

2022-ci ildə artımı dəstəkləyən əsas səbəb, ölkədə inflyasiya idi. Mərkəzi bankın notları isə 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır və təyinatına görə Mərkəzi bank tərəfindən pul kütləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur.

2022-ci ildə requlyator daha bir hədəf qoyub ki, onlardan biri də uçot faiz dərəcəsinin iqtisadiyyatda rol oynamasıdır.

Mərkəzi Bank pul siyasətində açıq bazar əməliyyatı kimi sayılan bu alətdən 2022-ci ilin sentyabrından daha intensiv şəkildə istifadə etmək üçün faiz dərəcəslərinin parametrlərində dəyişiklik etdi. Faiz parametrinin aşağı həddini 6.25%-dən 4.00%-ə endirdi və hər həftədə 120 mln. Manatlıq bazardan pul yığmağı hədəfləfi.

Son xəbərlər
Digər xəbərlər