4 C
Baku
Friday, January 27, 2023

Mərkəzi Bank bu həftə iqtisadiyyatdan daha 120 mln. manat çəkir

7 dekabr və 8 dekabr 2022-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Banker.az-a BFB-dən bildirilir ki, notların hər birinin dəyəri 100 manat olan və 300  min ədəd olmaqla 30 mln. manatlıq dəyəri əhatə edəcək. Bu da 4 hərracda 120 mln. manatlıq (30 mln. x 4=120 mln.) vəsaitin cəlbi deməkdir.

Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti (gün)        ISIN Hərrac

tarixi

 

 Nomi nal

Notun ödəniş tarixi
28 AZ2045024703 07.12.2022 100 04.01.2023
84 AZ2046024702 07.12.2022 100 01.03.2023
168 AZ2047024701 08.12.2022 100 25.05.2023
252 AZ2048024700 08.12.2022 100 17.08.2023

 

Hərracın gedişi zamanı hər bir bank tərəfindən yalnız 1 sifariş təqdim edilə bilər, verilmiş sifarişin nominal məbləği hərraca çıxarılmış notların həcminin 20%-dən artıq olmamalıdır. Sifarişlər üzrə qiymət diapozonu məhdudiyyəti tətbiq olunmur.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Hərrac zamanı təqdim edilən sifarişlərin sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir. Hərrac zamanı bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

Mərkəzi bankın notları isə 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır və təyinatına görə Mərkəzi bank tərəfindən pul kütləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur. Buraxılış xüsusiyyətlərinə görə notlar istiqrazlarla eyni kateqoriyaya aid edilir və istiqraz forması olaraq diskontlu istiqraz kimi tədavülə buraxılır. Yəni tədavül müddətinin sonunda emitent tərəfindən investora istiqrazın nominal qiymətlə tam həcmi ödənilir.

 

 

Son xəbərlər
Digər xəbərlər
X