28 C
Baku
Sunday, June 1, 2025

Mərkəzi Bank “CPM-İnvest İ.Ş.” və “Troni İ.Ş.”nə xəbərdarlıq edib

Azərbaycan Respublikasının Mərkəzi Bankı “CPM-İnvest İnvestisiya Şirkəti” QSC və “Troni İnvestisiya Şirkəti” QSC-yə xəbərdarlığın edilməsi barədə qərar qəbul edib.

Banker.az xəbər ki, AMB tərəfindən aparılmış tematik yoxlamalar çərçivəsində “Troni İnvestisiya Şirkəti” QSC tərəfindən “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyinə görə İnvestisiya şirkətinə xəbərdarlıq edilmiş və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.

Həmçinin AMB tərəfindən aparılmış tematik yoxlamalar çərçivəsində “CPM-İnvest İnvestisiya Şirkəti” QSC tərəfindən “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyinə görə İnvestisiya şirkətinə xəbərdarlıq edilmiş və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilmişdir.

Son xəbərlər
Digər xəbərlər