28 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank daha ₼60 milyon vəsait cəlb edib

1 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) hər birində 30 milyon manat həcmində 168 gün notlarının (№: AZ2043024705) və 252 gün notlarının (№: AZ2044024704) yerləşdirilməsi üzrə hərrac keçirilib və ümumilikdə 60 mln. manat vəsait cəlb edilib.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

168 günlük. Hərracı zamanı 11 investor tərəfindən qiymət intervalı 96.8368 (7%) manat və 97.9477 (4.49%) manat olan 11 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 44,740,200 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.7199 (5%) manat və orta ölçülmüş qiyməti 97.7974 (4.83%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 18.05.2023-cü ildir.

252 günlük. Hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 94.6971 (8%) manat və 96.4293 (5.29%) manat olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 37,761,500 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 95.9699 (6%) manat və orta ölçülmüş qiyməti 96.2913 (5.5%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 10.08.2023-cü ildir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

 

Son xəbərlər
Digər xəbərlər