Mərkəzi Bank daha bir kredit təşkilatının lisenziyasını ləğv etdi

Azərbaycan Respublikası Mərkəzi Bankı “Optimal Kredit İttifaqı” MMC-nin lisenziyasına xitam verib.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

Beləliklə ölkədə 43-dən 42-ə düşüb. Cari ilin ilk rübündə də AMB iki kredit ittifaqının lisenziyasını geri çağırmışdı.

“Optimal Kredit İttifaqı” MMC 2009-cu ildə Beyləqan rayonunda yaradılıb.

Kredit ittifaqı – mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.