Mərkəzi Bank tərəfindən “Modenis” MMC-yə (“eManat”) ödəniş xidmətlərinin göstərilməsi üçün verilmiş lisenziyada “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” xidməti ləğv edilib.
Bu barədə Banker.az-a Mərkəzi Bankdan bildirilir.
“Modenis” MMC-yə (Təşkilat) “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyəti göstərilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 05 iyun 2024-cü il tarixində ÖT-003 nömrəli lisenziya verilib. Təşkilatın müraciətinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 iyul 2025-ci il tarixli Qərarı ilə onun lisenziyasında “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib.
Təşkilat fəaliyyətini ödəniş təşkilatı olaraq davam etdirəcəkdir.