8 C
Baku
Sunday, December 22, 2024

Mərkəzi Bank faiz dərəcəsinə dair qərar verir

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü il sentyabr ayının 18-də cari ildə altıncı dəfə uçot faiz dərəcəsinə dair qərar verir. AMB bu il üç iclasda, hər birində 25 baza bəndi faizləri endirsə də, son iki iclasda gözləmə mövqeyinə çəkilib.

AMB ilin əvvəlinə 8.00% uçot faiz dərəcəsi ilə daxil olsa da, ilin sonuna faizləri 7.25%-ə endirib. Mərkəzi Bank uçot faiz dərəcəsini keçən ilin sentyabrından aşağı salmağa başlayıb. Tənzimləyicinin faizləri artırmaqda məqsədi 2022-ci ildəki kəskin qiymət artımlarını cilovlamaq olub. Bununla belə, uçot faiz dərəcəsi hələ də Mərkəzi Bankın bazarda təsir aləti kimi qalmaqdadır. Uçot faiz dərəcəsi qaldırılarkən depozit və kredit faizləri bunun bəzən əks istiqamətində də reaksiya verirlər.

Məsələn, AMB-nin keçən iki rübə qədər faizləri endirməsi fonunda depozit faizləri ümumilikdə yüksəlib.

Uçot faiz dərəcəsi pul-kredit siyasətində əsas alətlərdən biridir ki, bu bazardakı qiymət artımı və ya enişlərini tənzimləyə bilsin. Bunla belə, AMB son iki ildə uçot faiz dərəsi ilə paralel məcburi ehtiyat normaları və sterizasiyanı işə salıb ki, bu da demək olar ki, faiz siyasətindən təsirli ola bilib.

Mərkəzi Bankın ölkədə monetar siyasətdə əsas götürdüyü iqtisadi indiqator – inflyasiya müəyyən olunmuş 2%-6% aralığında olan hədəf çərçivəsindədir. Belə ki, avqustda illik inflyasiya 3.5% olmaqla 2023-cü ilin noyabrından bu tərəfə maksimuma qalxıb. Halbuki, inflyasiya ilin aprelində 0.0%-ə düşmüşdü. Qeyd edək ki, ilin ikinci yarısından etibarən qiymət tənzimləyicisi olan Tarif Şurası avtomobil yanacağı və ictimai nəqliyyatın qiymətlərində artım edib. Bununla belə, AMB tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsirini 1.5 faiz bəndi gözləyir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər.

Mərkəzi Bank son iclasda bildirib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır.

4324234 212121

Son xəbərlər
Digər xəbərlər