24 C
Baku
Thursday, April 18, 2024

Gözləntilər doğruldu. Mərkəzi Bank faiz dərəcəsini 2019-cu ildə 6-cı dəfə azaldır

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 8.25%-dən 8%-ə endirilməsi haqda qərar qəbul edib.

Banker.az-a bu barədə AMB-dən məlumat verilir.

“Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyən edilmişdir”, – deyə açıqlamada deyilir.

Bildirək ki, Mərkəzi Bank Uçot dərəcəsini 5 dəfə dəyişib. Belə ki, 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında 8,5%-ə, İyul ayında isə 8,25%-ə endirilib.

Banker.az analitikləri və bir çox maliyyə üzrə ekspertlər AMB-nin bu günkü açıqlamasında faiz dərəcələrinin endirilməsini ehtimal edirdilər.

Son xəbərlər
Digər xəbərlər