11 C
Baku
Cümə, Dekabr 3, 2021

Mərkəzi Bank faiz dərəcəsini yenə qaldırdı

29 oktyabr 2021-ci il tarixdə AzərbaycanMərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8% səviyyəsində müəyyən olunmuşdur.

“Uçot dərəcəsinə dair qərar iqtisadiyyatda inflyasiya təzyiqinin qalması, ona təsir edən amillərin təsirinin dayanıqlığı, dünya bazarlarında qiymətlərin artımı, ticarət tərəfdaşı ölkələrində yüksək inflyasiya səviyyəsi və inflyasiya gözləntilərinin yüksəlməsi əsasında qəbul edilmişdir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar iqtisadiyyatın qısa və ortamüddətli dövrdə inkişaf perspektivləri, habelə inflyasiyanın risk balansında dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcəkdir”.

AMB İdarə Heyəti cari il üçün uçot dərəcəsi üçün 8 dəfə iclas planlamışdı. Son 6 iclasda gözləmə mövqeyində dayanıb, sonuncuda (17 sentyabrda) uçot faiz dərəcəsini 0.25% bəndi artrırıb. Sonuncu dəfə 2020-ci ilin dekabrındakı axırıncı iclasda faiz dərəcəsini 0.25% bəndi azaldaraq 6.25%-ə qədər endirmişdi. Beləliklə, 17 sentyabrdakı iclasda AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə yüksəltmişdi.

Son xəbərlər
Oxşar xəbərlər
X