19 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Mərkəzi Bank faiz qərarını verməyə hazırlaşır — “Bu qərar təziyiqlər yarada bilər”

Screen Shot 2021 09 02 at 14.34.20

BANKER.AZ/ Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizinə dair 5-ci iclası keçiriləcək. Mərkəzi Bank bu iclası iyulun 30-da baş tutacaq.

Buna qədər Mərkəzi Bank 4 iclas keçirib və ilin ilk iclasında keçirilən iclasda uçot dərəcəsi 0.25% bəndi azaldılaraq 7.25%-ə azaldılmışdır. Bu azalmadan sonra ardıcıl 3 iclasda Mərkəzi Bankı gözləmə mövqeyi tutaraq faiz dərəcəsini dəyişməz saxlamışdı və iyunun 19-dakı iclasda isə yenidən 0.25% bəndi ilə 7%-ə endirilmişdi. Faiz dəhlizinin aşağı həddi 6.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində müəyyən edilib.

Mərkəzi Bank son iclasda açıqlamışdı ki, bu qərar pul siyasətinə həsr olunmuş son iclasdan keçən dövrdə illik inflyasiyanın azalmasıvalyuta bazarında stabilliyin davam etməsi, beynəlxalq konyunkturun nisbətən yaxşılaşması, istehlak tələbinin zəifləməsi və onun inflyasiya gözləntilərinə təsiri nəzərə alınmaqla qəbul edilib.

Dövlət Statistika Komitəsinin iyun ayı üzrə açıqlamasında Azərbaycanda 3.0% inflyasiya qeydə alınıb. Halbuki bu öncəki ayda 2.9% təşkil edirdi.

Mərkəzi Bankın bildirib ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın elan edilən hədəf intervalında saxlanılması, maliyyə sabitliyinin qorunması və iqtisadi aktivliyin dəstəklənməsi prioritetləri arasında optimal balansın qorunmasına yönəldiləcəkdir.

“Keçən ilin sonu ilə müqayisədə hazırda inflyasiya təzyiqi aşağıdır” – deyə bunu Banker.az-a iqtisadçı-ekspert Elman Sadıqov deyir.

Lakin, E.Sadıqov deyir ki, bu amili nəzərə alaraq uçot faiz dərəcəsinin endirilməsi əhalinin banklarda olan manat depozitləri və xarici valyutanın kursuna təzyiq yarada bilər.

“Uçot faiz dərəcəsinin yuxarı həddinin 0.25-0.5 faiz bəndi həddində endiriləcəyi istisna olunmur. Əgər faiz dərəcəsinin yuxarı həddi 0.5 faiz bəndi endirilərsə, uçot faiz dərəcəsinin 0.25 və aşağı həddinin də 0.25 faiz bəndləri endirilməsi gözləniləndir”.

İqtisadçı-eksper əlavə edir ki, post-pandemiya dövründə əsas prioritet investisiya və biznes kreditlərinin artımı olacaq: “Post-pandemiya dövründə inflyasiya gözləntiləri arta bilər. Mərkəzi Bankı inflyasiyanı nəzardə tutulan həddə saxlamaq üçün müvafiq tədbirləri görəcək”.

“Hazırki şəraitdə Mərkəzi Bankın uçot faiz dərəcələrini saxlaması istisna olunmur. Bu isə bazarda yaranmış ziddiyyətli məqamları nəzərə almaqla, xüsusilə depozit portfelinin sabit saxlanmasına yönəlmiş addım olar” – deyə, Elman Sadıqov deyib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər