11 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Mərkəzi Bank hər birini 52 qəpik ucuz təkliflə cəmi 10 investor cəlb edə bilib

20 may 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101979S dövlət qeydiyyat nömrəli, 200 mln manat (AZN) həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az bu barədə BFB-ya istinadla xəbər verir.

Hərrac zamanı 10 investor tərəfindən qiyməti 99.4773 AZN (6.76%) olan 19  sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 337,67 mln. AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4773  AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4773  AZN (6.76%) müəyyən edilmişdir. Bildirək ki, bu notun nominal dəyəri 100 AZN təşkil edir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi  200 mln. AZN təşkil etmişdir.

Son xəbərlər
Oxşar xəbərlər