21 C
Baku
Monday, July 22, 2024

Mərkəzi Bank xəzinə fəaliyyətinə dair “Halal-P” adlı şirkətlə anlaşdı

Azərbaycan Respublikasının Mərkəzi Bankının 1 ay öncə tender elanın qaliblərini açıqlayıb.

Banker.az bu barədə AMB-nin Tender Komissyasından əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, AMB-nin xəzinə infrastrukturunun fəaliyyətini və əskinasçeşidləyici sistemlərin istismarını təmin etmək üçün tələbata uyğun qablaşdırma materiallarının satınalınması məqsədilə elan edilmiş açıq tender üzrə Tender Komissiyasının 25 aprel 2019-cu il tarixli qərarına əsasən “Aabacus” MMC və “Halal-P” MMC qalib seçilib.

Qalib şirkətlərlə satınalma müqaviləsi imzalanıb.

«HALAL-P» şirkəti Azərbaycan bazarında 1996-çı ildən fəaliyyət göstərir.

«AaBaCus» şirkəti – banklarda, pərakəndə satış və digər təşkilatlarda nağd pul əməliyyatları sahəsi üzrə kompleks həlləri, nağd pulun emalı və qiymətlilərin saxlanması üzrə avadanlıq, növbələrin elektron idarəetmə sistemlərini, onlara xidmət, xüsusi proqram təminatı və bu sahə üzrə dünyanın aparıcı təchizatçı şirkətlərinin “know how”larını Azərbaycan üzrə təqdim edir.

Son xəbərlər
Digər xəbərlər