22 C
Baku
Thursday, April 18, 2024

“Mərkəzi Bank haqqında” qanuna dəyişiklik edildi – FƏRMAN

Prezident İlham Əliyev “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə 6 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

Fərmanla quruma tövsiyyə edilib ki, aşağıdakı normativ xarakterli aktları 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat versin:

– Kredit təşkilatlarında və qanuna müvafiq olaraq ödəniş xidmətlərini həyata keçirən şəxslərdə kassa əməliyyatlarının aparılması qaydaları, habelə həmin təşkilatlar tərəfindən istifadə olunan nağd pul avadanlıqlarına dair minimum tələblər;

– İnvestisiya pul nişanlarının satışı qaydası;

– Pul nişanlarının reproduksiyası qaydası;

– Ödəniş xidmətləri təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması və onlar arasında hesablaşmaların həyata keçirilməsi qaydaları, həmçinin ödəniş alətlərinə dair tələblər;

– Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı qaydası;

– Xüsusi tənzimləmə rejiminin tətbiqi qaydası;

– Lisenziya və icazələrin verilməsi üçün təqdim olunan sənədlərin forması və məzmunu;

– Yoxlama haqqında hesabatın tərtib edilməsi qaydası, habelə forması və məzmunu.

Bundan başqa, Mərkəzi Bank yenilənmiş qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Son xəbərlər
Digər xəbərlər