Mərkəzi Bank haqqında qanuna irad: “Palataya məhdudiyyət qoyulmamalıdır”

0

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna dəyişikliyi nəzərdə tutan layihəyə əsasən, Hesablama Palatası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqanının icazəsi ilə Mərkəzi Bankda növbədənkənar audit apara bilər.

Bunu parlamentin plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Onun sözlərinə görə, Mərkəzi Bankla bağlı məsələ çox ciddidir və Hesablama Palatasına belə məhdudiyyət qoyulmamalıdır.

Q.Həsənquliyev deyib ki, Hesablama Palatası hər hansı məhdudiyyət qoyulmadan Mərkəzi Bankda yoxlama apara bilməlidir.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə qanunun 12-ci maddəsinə texniki dəyişikliyin nəzərdə tutulduğunu, Q.Həsənquliyevin isə qanunun 58-ci maddəsindən danışdığını bildirib:

“Hazırkı qanun layihəsində 58-ci maddəyə dəyişiklikdən söhbət getmir”.

Qeyd edək ki, Q.Həsənquliyev çıxışında qanunun müzakirəsi zamanı düyməni bassa da, vaxtında səsverməyə yazıla bilməməsindən şikayətlənib.

Spiker Oqtay Əsədov da öz növbəsində millət vəkilinə düyməni yaxşı basmağı məsləhət görüb:

“Düyməni düzgün basmamısınız, texnika səhv işləyə bilməz”.

Oxu.az