36 C
Baku
Wednesday, August 17, 2022

Mərkəzi Bank haqqında qanunda dəyişiklik edildi

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 984; 2007, № 6, maddə 562, № 10, maddə 938, № 12, maddə 1196; 2009, № 6, maddə 404, № 7, maddələr 507, 517; 2010, № 10, maddə 839; 2011, № 7, maddə 612; 2014, № 11, maddə 1371; 2015, № 6, maddə 684) aşağıdakı dəyişikliklər edilsin:

1. aşağıdakı məzmunda 5.0.6-1-ci maddə əlavə edilsin:

“5.0.6-1. ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin edir;”.

2. 10.2-ci maddədə “10” rəqəmləri “500” rəqəmləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2015-ci il

Son xəbərlər
Oxşar xəbərlər