12 C
Baku
Sunday, October 27, 2024

Mərkəzi Bank idarəolunan üzən məzənnəyə keçməyə hazırlaşır

Ekspertlər növbəti devalvasiyanın ölkədə iqtisadi vəziyyəti daha da pisləşdirəcəyini proqnozlaşdırırlar.
Azərbaycanın iqtisadi və maliyyə sektoru  ağır bir dönəmdən keçir. Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov da dolayı yolla Milli Məclisin plenar iclasında ölkə ictimaiyyətinə çatdırmağa çalışdı.
Baş bankir bildirib ki, ölkənin tədiyyə balansındakı saldo 8 dəfə aşağı düşəcək. O, qeyd edib ki, 2011-ci ildə tədiyyə balansında saldo 17 milyard dollar idisə, 2015-ci ilin sonunda 2 milyard dollara qədər enəcək.
E.Rüstəmov qeyd edib ki, 2014-cü ildə AMB-nin valyuta ehtiyatları 15 mlrd. dollar olub. Hazırda ehtiyatların 7 mlrd. dollar olduğunu deyən Mərkəzi Bankın sədri bu göstəricinin beynəlxalq normalara uyğun olduğunu bildirib. Baş bankir əlavə edib ki, çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır: “Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq. Manatın məzənnəsi neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də belə olacaq. Göründüyü kimi, məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır. Müxtəlif çevik məzənnə siyasəti çoxdandır ki, AMB-nin gündəliyindədir. Bu məsələlər ciddi araşdırılır. Əlaqədar beynəlxalq təşkilatlarla geniş müzakirə edilir”.

Son xəbərlər
Digər xəbərlər