Mərkəzi Bank ilin 9 ayı üzrə tədiyə balansının nəticələrini açıqlayıb – Devalvasiya riski var?

Neft və təbii qazın yüksək dünya bazar qiymətləri sayəsində cari hesablar balansının müsbət saldosu ötən ilə nisbətən 5 dəfəyə yaxın artıb və təxminən 5.1 mlrd. dollar təşkil edib.

Xidmətlər balansı həmişə olduğu kimi kəsrdə qalıb, amma ötən ilə nisəbətən defisitin həcmi 2 dəfə azalıb və 1.3 mlrd. dolar təşkil edib (ötən il təxminən 2.6 mlrd. dollar olmuşdu).
Xidmətlərin idxalı 800 mln. dollara yaxın azalıb, xidmət ixracı 500 mln. dollara yaxın artıb.
Əksəriyyət üçün turizm sahəsində vəziyyətdir. Turizm ixracı 150 mln. dollara yaxın artsa da, turizm idxalı da 120 mln. dollar genişlənib. Yəni əcnəbilərdən turst kimi qazanılan əlavə vəsaitləri elə öz vətəndaşlarımız da xaricdə xərcləyib.

Xidmət idxalında azalma əsasən neft sektoru ilə bağlı olub – ötən il neft-qaz fəaliyyətilə bağlı tikinti xidmətlərinin idxalı 1.9 mlrd. dollardan bir az çox olub, bu il isə 1.032 mlrd. dollar.

Xarici neft-qaz şirkətləri mənfəət formasında ölkədən 1.8 mlrd. dollar çıxarıb (ötən il 1.2 mln. dollar). Xarici kreditlərdən istifadəyə görə 290 mln. dollar (ötən il 332 mln. dollar), qiymətli kağızlara görə əcnəbilərə 358 mln. dollar faiz (ötən il 278 mln. dollar) ödənib.
Xaricdən ölkə vətəndaşlarına göndərilərn pul baratlarının həcmi 801 mln. dollar olub (ötən il 726 mln. dollar).

Maliyyə hesabında 2.463 mlrd. dollar defisit yaranıb (ötən il 290 mln. dollar profisit olmuşdu).

Bu bölmə üzrə böyük məbləğdə defisitin yaranmasının əsas səbəblərindən biri ölkəyə birbaşa investisiyaların kəskin azalmasıdır: ötən il 4.5 mlrd. dollar birbaşa sərmayə gəlmişdisə, bu il 2.9 mlrd. dollara enib. 

Digər səbəb xarici neft-qaz şirkətlərinin ölkədən çıxardıqları investisiyaların çoxalmasıdır: ötən il investisiya repatriasiyası 2.1 mlrd. dollar, bu il isə 2.4 mlrd. dollar təşkil edib.
Bir maraqlı fakt odur ki, 9 ay ərzində ölkədən ödənən xarici kredit borclarına görə ödənən vəsaitlərin həcmi ölkəyə həmin dövr ərzində cəlb olunan xaricdən cəlb olunan kreditlərin həcmindən 445 mln. dollar çox olub.

Tədiyə balansının ümumi saldosu 3.664 mlrd. dollar olub (ötən il 2.207 mlrd. dollar).
9 ay ərzində xarici şirkətlər Azərbaycan hökumətinə 450 mln. dollar bonus ödənişi edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.