Azərbaycanın xarici sektor göstəriciləri əlverişli olaraq qalır.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinə dair press-relizində bildirilir.
Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin I rübündə xarici ticarət balansında müsbət saldo qeydə alınıb.
Son qiymətləndirmələrə görə də 2025-ci ilin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, 2025-ci ilin ilk rübündə cari əməliyyatların əsas hissəsini təşkil edən xariclə ticarət balansındakı qalıq 722.92 mln. dollar olub. Halbuki, keçən ilin eyni dövründə bu rəqəm 2.273 mlrd. dollar olub.