23 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

Mərkəzi Bank İT təhlükəsizliyi üçün 2 milyon manat ayırdı – 4 müqavilə

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Respublikasının Mərkəzi Bankı 4 şirkətlə 2 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər “Smartit” MMC, “Jet İnformasiya Sistemləri” MMC, “Yarasa LTD” MMC və “EDKT” MMC-dir.

“Smartit” MMC ilə bağlanan müqavilədə Azərbaycan Respublikası Mərkəzi Bankında məlumat itkisinin qarşısının alınması, məlumat bazalarına və həmçinin sistemlərə giriş çıxışın nəzarəti üzrə avadanlıq və proqram təminatlarının alınaraq quraşdırılması xidmətinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 862 049 manatdır.

“Jet İnformasiya Sistemləri” MMC ilə olan müqavilə Mərkəzi Bankında məlumat tamlığının yoxlanılması, zəifliklərin aşkarlanması və veb təhlükəsizliyin təmin edilməsi üzrə avadanlıq və proqram təminatlarının alınaraq quraşdırılması xidmətinin satın alınmasından ibarətdir. Məbləği isə 453 627 manatdır.

3-cü müqavilə Azərbaycan Respublikası Mərkəzi Bankının Bülbül 27 ünvanında yerləşən inzibati binasında mühafizə siqnalizasiya sisteminin alınaraq quraşdırılması işlərinin satın alınmasıdır. Müqavilənin dəyəri  32 426 manatdır.

4-cü müqavilə Azərbaycan Respublikası Mərkəzi Bankında video müşahidə görüntülərinin ehtiyat nüsxələrinin saxlanması, sərt disklərin yenilənməsi və əlavə təhlükəsizlik vasitələrinin quraşdırılması işlərinin satın alınmasıdır. Məbləği 378 463 manatdır.

 

 

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər