27 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank kart buraxışılına görə şirkət seçdi – 335 min manat xərcləyəcək

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Stell Technology” Məhdud Məsuliyyətli Cəmiyyət ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikası Mərkəzi Bankında, həmçinin Regional və Ehtiyat mərkəzlərində kart buraxılış, video müşahidə və server otağı üzrə monitorinq sisteminin alınaraq quraşdırılması işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 335 000 manatdır.

Bildirək ki, “Stell Technology” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 4 000 manatdır və qanuni təmsilçisi Həbib Məhərrəmovdur.

Son xəbərlər
Digər xəbərlər