26 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank kiber təhlükəsizlik üçün avadanlıq alır – Bir ayda ikinci dəfədir ki, bu şirkətə pul ayırır

Azərbaycan Respublikasının Mərkəzi Bankı “SMARTİT” şirkəti ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikası Mərkəzi Bankında informasiya və kiber təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə avadanlıqların alınması və quraşdırılaraq fəaliyyətdə olan informasiya sistemlərinə inteqrasiyası nəzərdə tutulub.

Müqavilənin ümumi məbləği 952 min 968 manatdır.

Bildirək ki, İT şirkəti 2015-ci ildən bəri ən böyük şirkətlərin qorunmasını təmin edən informasiya təhlükəsizliyi sahəsində çalışır. SmartIT İT infrastrukturunu optimallaşdırmağa kömək edən həllər və xidmətlər təqdim edən bir şirkətdir. Şirkətin nizamnamə kapitalı 100 manatdır.

Onu da qeyd edək ki, bu ayda həmçinin AMB ilə İT şirkəti arasında Azərbaycan Respublikasının Mərkəzi Bankında informasiya təhlükəsizliyi üzrə lisenziyaların, habelə istismarda olan təhlükəsizlik avadanlıqlarına texniki dəstək xidmətinin satın alınması nəzərdə tutulan 691 min manatlıq müqavilə bağlanmışdır.

Son xəbərlər
Digər xəbərlər