Mərkəzi Bank kredit ittifaqına lisenziya verdi – İki ildir ki lisenziya ala bilmirdi

Foto: Sabir Mirzə/ Banker.az

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqına lisenziya verib.

Banker.az-ın əldə etdiyi məlumata görə, yeni lisenziya alan “Zirvə Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

“Zirvə Kredit İttifaqı” MMC 2018-ci ilin yanvarın 1-də dövlət qeydiyyatına “Cocuq Mərcanlı Kredit İttifaqı” MMC kimi qeydə alınmışdı. Sonradan, 2020-ci ilin sentyabrında rebrendinq etmişdi.

Kredit İttifaqının nizamnamə kapitalı 4 400 manatdır.

Qeyd edək ki, bununla da AMB tərəfindən rəsmi lisenziya alan kredit ittifaqlarının sayı 43-ə qalxıb.

Uzun müddət idi ki, ölkədə kredit ittifaqlarının ləğvi ilə bağlı tendensiya vardı.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.