18 C
Baku
Thursday, April 18, 2024

Mərkəzi Bank lizinq fəaliyyətinə nəzarət etməyə hazırlaşır

Azərbaycan Mərkəzi Bankı (AMB) lizinq fəaliyyəti ilə bağlı müəyyən preventiv hesablama sistemləri hazırlayıb.

Bunu qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev bildirib.

“Lizinq haqqında” qanun işlənib hazırlanıb və baxılma mərhələsindədir. Hazırda lizinq şirkətləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməklə fəaliyyət göstərir və bizim nəzarət subyektlərinə aid deyil. Bununla belə AMB olaraq müəyyən preventiv hesablama sistemləri hazırlamışıq, həmin qanun qüvvəyə minəndən sonra lizinq şirkətlərinin, eləcə də lombardların fəaliyyətinə nəzarət edilməsi nəzərdə tutulub”, – deyə o, qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər