21 C
Baku
Friday, July 1, 2022

Mərkəzi Bank: Manat son ayda rəqiblərinə qarşı ucuzlaşıb

Azərbaycan manatının real effektiv məzənnəsi (REM) son ayda zəifləyərək 113.3 bəndə düşdü.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu da son ayda 0.3 bənd azalmadır.

REM – Manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortasını əks etdirir.

Manatın qeyri-neft sektoru üzrə REM-i ötən 109.2 bənd olduğu halda, son ayda 109.3 bəndə yüksəldi.

Qeyd edək ki, manatın məzənnəsi ABŞ dollarına qarşı “lövbər”də qalması, onun ABŞ dollarının indeksi ilə korelyasiya etməsinə gətirib çıxarır. Məsələn, son ayda ABŞ dollarının 6 əsas (Avro, kanada dolları, yapon yeni, ingilis funtsterlinqi, isveçrə frankı, isveç kronu) rəqibləri qarşısında indeksi 96.5 bənddən 95.9 bəndə qədər zəifləmişdir.

 

328473242427

Son xəbərlər
Oxşar xəbərlər