28 C
Baku
Sunday, June 26, 2022

Mərkəzi Bank manatı möhkəmləndirə bilər – Baş bankirdən TƏKLİF

“Daxili və xarici borclarla bağlı vəsaitlərin bazara daxil olması məhdudlaşa bilər”


“Daxili və xarici borclarla bağlı vəsaitlərin valyuta bazarına daxil olmasını məhdudlaşdırmaq lazımdır”. APA xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, indi qarşıda duran əsas problemlərdən biri borclar və investisiya probleminin bazardan kənarda həll olunmasına nail olmaqdan ibarətdir: “Bu istiqamətdə bizim təkliflərimiz var. Bu məsələ baş nazirin yanında müzakirə olunub. Biz düşünürük ki, keçid dövründə manevr etməklə həm daxili, həm də xarici borclara görə vəsaitlərin valyuta bazarına daxil olmasını məhdudlaşdırmaq lazımdır. Çünki belə olan şəraitdə manatın məzənnəsinə əlavə təzyiq yaranır və manatın ucuzlaşmasına səbəb olur. Manatın ucuzlaşmasının isə sosial-iqtisadi nəticələrini yaxşı bilirik”.

Son xəbərlər
Oxşar xəbərlər