28 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank müvafiq ödəniş sistemləri və xidmətləri üzrə qanun hazırlayır

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müvafiq ödəniş sistemləri və xidmətləri üzrə qanununun tamamlanması istiqamətində işlər aparır.

Bunu Bakıda keçirilən “Visa Cashless Forum”unda çıxış edən AMB-nin baş direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, sözügedən qanun layihəsinin ilkin versiyası hazırlanıb və hazırda layihə üzrə həm bankdaxili, həm də digər qurumlarla müzakirəsi aparılır.

“Qanunvericilikdə xüsusilə innovativ işlərə fokuslanılıb. Açıq bankçılıq konsepsiyalarının ölkəyə gətirilməsi və bank olmayan ödəniş xidmətləri təchizatçılarının fəaliyyətinin tənzimlənməsi imkanları artıq düşünülüb”, – deyə F. Osmanov qeyd edib.

©APA

Son xəbərlər
Digər xəbərlər