Azərbaycan Mərkəzi Bankı (AMB) Naxçıvan İdarəsi üzrə mərkəzləşdirilmiş idarəetmə prinsiplərinin tətbiqinə başlayıb.
Bu barədə AMB-dən bildirilib.
“Mərkəzi Bankın Naxçıvan MR idarəsinin ləğv edilməsi nəzərdə tutulmayıb. Tərəfimizdən aparılan fəaliyyət Mərkəzi Bankda, o cümlədən bütün ərazi idarələrində həyata keçirilən biznes proseslərin rəqəmsallaşdırılması ilə mərkəzləşdirilmiş idarəetmə prinsiplərinin tətbiq edilməsinə hədəflənib. Yəni, bir sıra daxili biznes prosesləri artıq Naxçıvan MR idarəsində müstəqil deyil, Mərkəzi Bankın mərkəzi sistemləri üzərindən aparılmağa başlayıb” – AMB-dən bildirilib.