Mərkəzi Bank növbəti hərrac üçün faiz dərəcələrini endirib

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə  növbəti depozit hərracının 11 fevral 2019-cu il keçirilməsi barədə açıqlama verib.

Banker.az-ın xəbərinə görə, Bloomberg ticarət sistemidə keçiriləcək hərracda faiz dərəcəsi 7,26% – 9,24% olmaqla 350 mln. manat cəlb olunması planlaşdırılır. Hərracın müddəti 14 gündür.

Qeyd edək ki, ötən depozit hərracı, yəni, 28 yanvar tarixində faiz dərəcəsi 7,76% – 9,74% kimi müəyyən edilmişdi.

Bu da Mərkəzi Bankın İdarə Heyətinin son iclasında faiz dəhlizinə dair yeni qərarın qəbul edilməsi səbəbindədir. Belə ki, AMB-nin idarə heyəti uçot dərəcəsini 0,5% bəndi azaltmışdı.