26 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank: ölkəyə maliyyə axını 26.4 mlrd. manat olub

2022-ci ildə Azərbaycanda maliyyə axını 26,4 milyard manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 9,5 % çoxdur.

Bu barədə Banker.az Mərkəzi Bankın 2022-ci ilin dördüncü rübü üzrə Sahələrarası maliyyə axınlarınının təhlilinə dair hesabatnda deyilir.

Məlumata görə, 2021-ci ilin IV rübündə olduğu kimi 2022-ci ilin eyni dövründə də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə, sosial təminat (21,3 %), tikinti (19,8 %) və ticarət, nəqliyyat vasitələrinin təmiri (15,8 %) olub. Daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə tikinti (1 milyard 979 milyon manat artım) və ticarət, nəqliyyat vasitələrinin təmiri (1 milyard 418 milyon manat artım) sahələri olub.

Ötən rüb ərzində ən çox artım daşınmaz əmlak (2,1 dəfə), tikinti (61%) və ticarət, nəqliyyat vasitələrinin təmiri (52%), ən çox azalma isə elektrik enerjisi, qaz, buxar təchizatı (-34%), maliyyə və sığorta fəaliyyəti (-28%) və digər sahələrdə xidmətlər (-26%) sektorlarında baş verib.

2323232323

Son xəbərlər
Digər xəbərlər