12 C
Baku
Tuesday, November 5, 2024

Mərkəzi Bank “PASHA Holding”in şirkətini xariclə valyuta əməliyyatlarına görə cərimələyir

“PASHA Holding”in şirkətlərindən biri Azərbaycan Mərkəzi Bankı tərəfindən cərimələnir.

Bu barədə Banker.az-a məlumat daxil olan mənbələrin qeydlərində bildirilir.

Holdinqin tikinti sahəsində 2006-cı ildən fəaliyyət göstərən şirkəti “PAŞA İnşaat” MMC (PASHA Construction) barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu 9 avqust 2021-ci il tarixdə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəməyə Elməddin Hüseynov hakim təyin edilib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

“PAŞA İnşaat” Azərbaycanda kommersiya və yaşayış binalarının beynəlxalq standartlara uyğun tikintisi sahəsində ixtisaslaşan şirkətdir. İnşaat şirkətinin nizamnamə kapitalı 10 422 690 manat olmaqla, kapitalına “PASHA Holding” nəzarət edir.

Son xəbərlər
Digər xəbərlər