6 C
Baku
Thursday, February 22, 2024

Mərkəzi Bank “Pepsi Azərbaycan”ı xariclə valyuta əməliyyatlarına görə cərimə edir

Azərbaycan Mərkəzi Bankı “Pepsico Azərbaycan” MMC barəsində cərimə protokolu tərtib edib Nəsimi Rayon Məhkəməsinə göndərib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Şirkət barəsində cərimə protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə bağlıdır. Həmin məhkəməyə Babək Pənahov hakimlik edir.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir. Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Adətən bu şirkətlər xaricdəki partnyor şirkətin bank hesabına pul köçürdükdə bu cərimə baş verir. AMB-nin qaydasına əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 il müddətində Mərkəzi Banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Bu xəta baş verdikdə İXM-in 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edilib şəxsin qeydiyyatda olduğu rayon məhkəməsinə göndərilir.

Son xəbərlər
Digər xəbərlər