19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

Mərkəzi Bank pul nişanlarının dizaynlarının yaradılması üçün müsabiqə qaliblərinə 1000 manat mükafat verəcək

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı,  Prezident İlham Əliyevin rəhbərliyi altında xatirə pul nişanlarının dizaynlarının yaradılması ilə bağlı Mərkəzi Bank tərəfindən 29.01.2021-ci il tarixdə elan edilmiş müsabiqə davam edir.

Banker.az xəbər verir ki, müsabiqə aşağıdakı mövzuları əhatə edir:

“Vətən Müharibəsinin qəhrəman əsgəri” mövzusuna həsr olunmuş xatirə sikkəsi;
“Şuşa – Azərbaycanın mədəniyyət və musiqi beşiyidir” mövzusuna həsr olunmuş xatirə sikkəsi;
“Azərbaycanın memarlıq incisi – Xudafərin körpüsü” mövzusuna həsr olunmuş xatirə sikkəsi;
“Ulu Öndər Heydər Əliyev – “Bir millət, iki dövlət” qardaşlıq səlnaməsi” mövzusuna həsr olunmuş xatirə sikkəsi;
Düşmən tapdağından azad olunmuş ərazilərimizin tarixi və mədəni irsi mövzusunda xatirə sikkələri:
“Cəbrayıl rayonu”
“Füzuli rayonu”
“Zəngilan rayonu”
“Qubadlı rayonu”
“Ağdam rayonu”
“Kəlbəcər rayonu”
“Laçın rayonu”
“Xocavənd rayonu”
“Suqovuşan kəndi”

Xatırladırıq ki, müsabiqə 22.02.2021-ci il tarixdə saat 18:00-da başa çatacaqdır. Dizayn eskizləri elektron formatda (e-mail vasitəsilə[email protected] adresə) və ya kağız daşıyıcıda Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən əsas inzibati binasına təqdim edilə bilər.

Xatirə sikkələri üzrə müsabiqənin qalibi üçün hər mövzu üzrə 1000 manat pul mükafatı müəyyən olunub.

Əlaqə: [email protected] tel. 012 4931122 (daxili 264)

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər