28 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank “pul soran” maşını öz işindədir – Gəlirlilik 1 ay üçün 7%-ə çatıb

Yazıya dəyişiklik edilib: 12 yanvar 2022


11 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) hər biri 45 milyon manat həcmində 28 gün qısamüddətli (AZ205702470) və 84 gün müddətli (AZ2058024707) notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az-a bu barədə BFB-dən xəbər verirlir.

Bu həftə cəmi 90 mln. manat cəcmində notlardan vəsait cəlb edib, növbəti günlərdə də daha 30 mln. manat cəlb etməklə 2022-ci ilin son rübündəki “kvotanı” – 120 mln. manatıq cəlbi tempini qorumuş olacaq.

Mərkəzi bankın notları hazırda 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır və təyinatına görə Mərkəzi bank tərəfindən pul kütləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur. O, bununla iqtisadiyyatda mövcud olan pulu azaldaraq inflyasiyaya əlavə təsiri azaltmağa çalışır.

Bu günün nəticələri:

28 günlük notlar. Hərracı zamanı 10 investor tərəfindən qiymət intervalı 9939.6992 (7.8%) manat və 9957.4100 (5.5%) manat olan 15 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 70,560,000 manat olmuşdur. ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9947.3894 (6.8%) manat, orta ölçülmüş qiyməti isə 9951.0768 (6.32%) manat olaraq müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 45,000,000 manat təşkil etmişdir. Notların ödəmə tarixi 08.02.2023-cü ildir.

84 günlük. Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9816.754 (8%) manat və 9859.67 (6.1%) manat olan 11 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 53,260,000 manat olmuşdur. ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9823.5044 (7.7%) manat, orta ölçülmüş qiyməti isə 9830.6616 (7.38%) manat olaraq müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 45,000,000 manat təşkil etmişdir. Notların ödəmə tarixi 05.04.2023-cü ildir.

 Gəlirlilik kəskin yüksəlib

Mərkəzi Bank 2022-ci ilin 1 sentyabr tarixindən faiz dərəcəsinin parametrlərində dəyişiklik etməklə faizlərin aşağı həddini 6.25%-dən 4.00%-ə endirdi. Lakin sonrakı iki iclasın hər birində aşağı həddini 25 baza bəndi artırmaqla yenidən 6.25%-ə çatdırdı. Requlyatorun buna qədər məqsədi sterilizasiyanı genişləndirmək üçün atdığı ilkin addım idi.

İndi yuxarıda göründüyü kimi 1 aylıq (28 günlük) notların kəsmə gəlirliliyi 6.8%-dir. Bu da 2019-cu ilin aprelindən bu tərəfə ən yüksək göstəricidir. Həmin dövrdə uçot faiz dərəcəsi cəmi 7.5% idi. 3 aylıq, yaxud 84 günlük notlar üzrə kəsmə qiymət bugünkü hərracda kəsmə gəlirlilik 7.7% təşkil edib.

28

84

Mərkəzi Bank ötən ilin son rübündə BFB-dəki hərracın qaydasını da dəyişib. İndi hərracda bir bank tərəfindən 2 rəqabətli sifariş təqdim edilə bilər. Bir bank tərəfindən verilmiş bütün sifarişlərin nominal məbləğlərinin cəmi hərraca çıxarılmış notların həcminin 20%-dən artıq olmamalıdır. Sifarişlər üzrə qiymət diapozonu məhdudiyyəti tətbiq olunmur.

Hərrac zamanı təqdim edilən sifarişlərin sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir. Hərrac zamanı bağlanmış əqdlər üzrə hesablaşmalar Təklif+0 rejimində həyata keçirilir.

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər