8 C
Baku
Saturday, December 3, 2022

Mərkəzi Bank deyir ki, qeyri-müəyyənlik proqnozları çətinləşdirir

“Yüksək qeyri-müəyyənliklər makroiqtisadi göstəricilərin proqnozlaşdırılmasını çətinləşdirmişdir”.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilir.

AMB deyir ki, proqnoz horizontunda inflyasiyanın əsasən xarici təklif amillərindən təsirlənəcəyi gözlənilir.

“Yaranmış vəziyyət inflyasiya gözləntilərinin lövbərləşdirilməsi vasitəsilə qiymətlər sabitliyinə artırıcı amillərin təsirlərini qabaqlayıcı rejimdə tənzimləmək üçün faiz dəhlizi parametrlərinin zəruri təshihini şərtləndirir”- deyə, requlyator deyib.

Ümumilikdə, geosiyasi risklərin makroiqtisadi və maliyyə sabitliyinə, eləcə də iqtisadi aktivliyə və əhalinin sosial rifahına neqativ təsirlərinin minimallaşdırılması Hökumətin və Mərkəzi Bankın diqqət mərkəzindədir və zəruri adekvat tədbirlər görülməkdədir.

Son xəbərlər
Digər xəbərlər
X