6 C
Baku
Şənbə, Yanvar 22, 2022

Mərkəzi Bank rəqəmsal valyutanın ortamüddətli dövrdə tətbiqi istiqamətlərini açıqladı

2021-ci ildə Azərbaycan Mərkəzi Bankı dünyada Mərkəzi Bankın Rəqəmsal Valyutası (MBRV) ilə bağlı aparılan araşdırmaları və bu istiqamətdə realizasiya edilən layihələri diqqətlə izləyib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında deyilir.

MBRV-nın tətbiqi imkanlarının və ilkin şərtlərinin öyrənilməsi məqsədilə bəzi xarici ölkələrin mərkəzi bankları ilə əməkdaşlıq çərçivəsi də qurulmuşdur.

Mərkəzi Bank qeyd edib ki, sürətli ödənişlər sisteminin gələcək inkişafının pul siyasəti və maliyyə vasitəçiliyi üçün əhəmiyyətini nəzərə alaraq Mərkəzi Bankın Rəqəmsal Valyutasının (MBRV) ortamüddətli dövrdə tətbiqi imkanlarının qiymətləndirilməsi bir neçə istiqamətdə davam etdiriləcək:

Birinci, rəqəmsal valyutanın tətbiqi üzrə siyasət, məqsəd və hədəfin dəqiqləşdirilməsi;

İkinci, maraqlı tərəflərin prosesə cəlb olunması;

Üçüncü, qanunvericilik bazasının formalaşdırılması;

Dördüncü, yeni nəsil texnologiyadan istifadə potensialı;

Beşinci, bazarın hazırlıq səviyyəsi.

MBRV ilə bağlı konseptual sənədlər açıq və ətraflı kommunikasiya ediləcəkdir.

Son xəbərlər
Oxşar xəbərlər