12 C
Baku
Sunday, October 27, 2024

Mərkəzi Bank reklam agentliyi axtarır – Rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı

Rəqəmsal ödənişlərin genişləndirilməsi məqsədilə zəruri təbliğat və təşviqat materiallarının hazırlanması və kampaniyanın keçirilməsi üçün reklam agentinin seçilməsi üzrə elan edib.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankının (AMB) Tender Komissyası məlumat verib.

Belə ki, Azərbaycan Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Rəqəmsal ödənişlərin daha geniş tətbiqi üçün maarifləndirmə, təbliğat və təşviqat işinin aparılması” üzrə nəzərdə tutulmuş tədbirin icrası məqsədi ilə AMB zəruri təbliğat və təşviqat materiallarının hazırlanması və kampaniyanın keçirilməsi üçün reklam agentinin seçilməsi ilə bağlı açıq tender keçirir.

Tender təklifləri zərflərinin açılış proseduru 18 oktyabr 2018-ci il tarixində saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (AZ 1014, Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.


Tenderdə iştirak üçün nə etməli?

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

– tenderdə iştirak üçün yazılı müraciət;

– iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

– iki nüsxədə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 30 iyul 2018-ci il tarixinədək qüvvədə olmalıdır). Xarici iddiaçılar tərəfindən əlavə olaraq ingilis dilində də verilə bilər;

– tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;

– tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada);

– son 1 (bir) il üzrə maliyyə vəziyyəti barədə bank arayışı;

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

– son 5 il ərzində iddiaçı tərəfindən oxşar layihələrin icrası barədə məlumat (tövsiyə məktubları arzuolunandır).

– tenderin Əsas şərtlər toplusunda göstərilən digər məlumatlar.

3. İddiaçıların tender təkliflərinin qiymətləndirilməsi meyarları: maliyyə təklifi və şirkətin təcrübəsi (portfeli).

4. Xidmətin göstərilməsinə başlanılması və yerinə yetirilməsi müddəti – tender üzrə müqavilə imzalandığı gündən 7 ay.

5. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 17 oktyabr 2018-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 8 oktyabr 2018-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.

6. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 200 (iki yüz) manat məbləğində vəsait köçürməlidir:

Azərbaycan Respublikasının Mərkəzi Bankı:

Hesab №: AZ25NABZ01701190000000001944,

kod: 501004,

VÖEN: 9900071001,

Müxbir hesab: AZ74NABZ01451700000000001944

SWIFT kod: NABZAZ2C.

Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər:

Müxbir bank:

USD correspondent bank: Deutcshe Bank Trust Company Americas New York, NY US, BKTRUS33

Beneficiary: Central Bank of the Republic of Azerbaijan, NABZAZ2X, acc. 04419124

Internal account name and number: Account for tender incomings, AZ25NABZ01701190000000001944

7. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın inzibati binasından Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu əldə edə bilər. Əlaqələndirici şəxs: Bəxtiyar Verdiyev (Ödəniş sistemləri və hesablaşmalar departamentinin əməkdaşı). Telefon: +994124931122 (346), elektron poçt ünvanı: [email protected].

Son xəbərlər
Digər xəbərlər