6 C
Baku
Tuesday, January 31, 2023

Mərkəzi Bank sığorta şirkətləri üçün klirinq sistemi yaratdı

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta şirkətləri üçün klirinq (hesablaşma) sistemi yaradıb.

Banker.az xəbər verir ki, sistem ilk olaraq avtomobillərin icbari sığortası sahəsində tətbiq ediləcək.

Belə ki, AMB-nin hazırladığı yeni qaydalara əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə zərərçəkmişə dəymiş zərəri onun öz sığorta şirkəti ödəməlidir. Bundan sonra isə ödəyici həmin vəsaiti zərəryetirənin sığorta şirkətindən onlayn rejimdə həmin klirinq sistemi ilə alacaq.

Son xəbərlər
Digər xəbərlər
X