28 C
Baku
Saturday, June 25, 2022

Mərkəzi Bank: son ay manat rəqiblərinə qarşı zəifləyib

Azərbaycan Mərkəzi Bankı may ayında manatın ticarət tərəfdaşları valyutaları qarşısında bir qədər dəyər itirdiyini təsdiqləyib.

Banker.az xəbər verir ki, 2022-ci ilin may ayında manatın real effektiv məzənnəsi 115.8 bənd təşkil edib.

Manatın REM-i ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortasını əks etdirir.

Bununla da manatın real effektiv məzənnəsi son ayda ardıcıl ikinci dəfə düşüb – apreldə 3.1%, may ayında isə 0.1%.

Mərkəzi Bank qeyd edir ki, qeyri-neft sektoru üzrə manatın REM-i 3.24% enişlə 105.8 bənd təşkil etmişdir.

Manatın nominal effektiv məzənnəsi (NEM) isə 91.2 bənddən 91.6 bəndə qalxıb.

Azərbaycan Mərkəzi Bankından Banker.az-a bildirmişdilər ki, apreldəki NEM-in ucuzlaşmasının əsas səbəbi Rus rublunun, Qazax tengesinin, Gürcü larisinin və Ukrayna qrivnasının manata nəzərən bahalaşmasıdır. NEM-in ucuzlaşması və ticarət tərəfdaşlarında inflyasiya səviyyəsinin daxili inflyasiyadan yüksək olması REM-in ucuzlaşmasını şərtləndirir.

4324423234

Son xəbərlər
Oxşar xəbərlər