Mərkəzi Bank tərəfindən 748 ədəd qızıl yubiley və xatirə pul nişanları dövriyyəyə buraxılıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ölkəmizin görkəmli şəxsiyyətlərinə, tarixinə, mədəniyyətinə, incəsənətinə həsr olunmuş, eləcə də ictimai-siyasi və tarixi proseslərini əks etdirən mövzulara aid, müxtəlif qiymətli metallardan hazırlanmış yubiley və xatirə pul nişanları istehsal olunaraq tədavülə buraxılır. Tədavülə buraxılan yubiley və xatirə pul nişanları ölkə ictimaiyyəti, yerli və beynəlxalq numizmatlar tərəfindən maraqla qarşılanır.

Mərkəzi Bank tərəfindən 2019-cu il ərzində 748 ədəd qızıl, 45 ədəd qızıl-platin, 967 ədəd gümüş və 84 ədəd kupronikeldən olan ümumilikdə 1844 ədəd yubiley və xatirə pul nişanları dövriyyəyə buraxılmışdır. Pul nişanları beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında 999 əyarlı qiymətli metallardan istehsal edilmişdir.

Qeyd etmək istərdik ki, Mərkəzi Bank tərəfindən satışda olan yubiley və xatirə pul nişanları barədə məlumatlar Mərkəzi Bankın rəsmi internet səhifəsində “Milli pul nişanları” bölməsində yerləşdirilir.

(link: https://uploads.cbar.az/assets/60cc33b55072a0360c695c7e0.pdf)

Yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmtələr portalında “Elektron müraciətlər sistemi”nə daxil olaraq (link:https://contact.e-cbar.az/?AspxAutoDetectCookieSupport=1) müraciət edə və ya Mərkəzi Bankın milli pul nişanları üzrə qaynar xətti ilə (012 4931122 (386)) əlaqə saxlaya bilərlər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları