Mərkəzi Bank tenderin qalibi olan iki şirkətin adını açıqladı

0

Azərbaycan Mərkəzi Bankının (AMB) Tender Komissiyasının 14 avqust 2017-ci il tarixli qərarı ilə lot 1 üzrə “Elektrikquraşdırma” Müəssisəsi və lot 2 üzrə “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” QSC qalib elan edilib. Bu barədə Banker.az-a AMB-dən məlumat daxil olub. Qalib şirkətlərlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Qeyd edək ki, AMB-nin Bakı şəhəri Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən əsas inzibati binasında 1600 kVA-lıq transformator qurğusunun təchizatı və quraşdırılması işlərinin satınalınması və AMB-nin Mərkəzi ofisinin və Sumqayıt ehtiyat mərkəzinin inzibati binalarında quraşdırılmış UPS üçün ehtiyat hissələrinin təchizatı və quraşdırılması işlərinin satınalınması ilə əlaqədar elan edilmişdi.