9 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank uçot dərəcəsini açıqladı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0.25 faiz bəndi endirərək 7.5%-dən 7,25%-ə endirilməsi haqda qərar qəbul edib.

Banker.az xəbər verir ki, bunu Baş Bankir Elman Rüstəmov mətbuat konfransda bildirib.

Faiz dəhlizinin yuxarı həddi 9%, aşağı həddi isə 5.5% (uçot dərəcəsinə ±1.75 %-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bildirək ki, Mərkəzi Bankın yanvar ayında keçirilən iclasda uçot dərəcəsi 9,75%, fevral ayında 9,25%, mart ayında 9,00%, aprel, may, iyunda 8,75%, iyul, avqust ayında keçirilən iclasda 8,25%, sentyabrda 8,00%, oktyabr, noyabrda 7,75%, dekabrda keçirilən iclasda 7,50% olub.

Son xəbərlər
Digər xəbərlər